Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Münaqişə həll olunmasa, ABŞ Kiyevə “Tomaqavk” raketlərini təhvil verəcək.
Əgər Ukrayna ətrafında münaqişə həll olunmasa, Vaşinqton uzaqmənzilli “Tomaqavk” qanadlı raketlərini Kiyevə təhvil verəcək.
Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.
O, həmçinin qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinlə Ukraynaya “Tomaqavk” raketlərinin mümkün tədarükü məsələsini müzakirə edə bilər.
“Mən onunla [Vladimir Putinlə] danışa bilərəm. “Bax, əgər bu müharibə həll olunmasa, mən onlara Tomaqavk raketləri göndərəcəm” deyə bilərəm”, – Ağ Ev rəhbəri deyib.
Onun sözlərinə görə, Vladimir Zelenski ilə silah məsələsini müzakirə etdiyini bildirib və Kiyevin bu raketləri almağa ümid etdiyini təsdiqləyib. Tramp Ukrayna prezidenti ilə növbəti telefon danışığı aparıb.
Kreml bundan əvvəl “Tomaqavk” raketlərinin Kiyevə ötürülməsi ehtimalını ciddi eskalasiya adlandırmışdı.
JASMİN