19 Avqust 2025 / 22:09

Tramp Ukrayna ilə bağlı növbəti görüşlər üçün daha bir ay gözləmək istəmir – Ağ Ev

ABŞ prezidenti Donald Tramp Ukrayna böhranının sülh yolu ilə həllinə dair yeni görüşü bir ay gözləməkdə maraqlı deyil və münaqişənin tez bir zamanda bitməsinə nail olmaq istəyir.

Tezadlar.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt brifinqdə deyib.

“O (Tramp – RED.), bu müharibənin bitməsini görmək istəyir və növbəti görüşü daha bir ay gözləmək fikrini ələ salır. Prezident tərəqqi (dinc yolla nizamlanma məsələsində – RED.) və mümkün qədər tez bu müharibəyə son qoyulmasını istəyir”, – o deyib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!