Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tramp bildirib ki, ABŞ Rusiya ilə müharibə şəraitində olan Ukraynaya çoxsaylı yardımlar edir. Amma nə üçün ABŞ-ın Ukraynaya da İsrailə etdiyi kimi yardım etmədiyi də ondan soruşulub. Tezadlar.az CNN- ə istinadla bildirir ki, Tramp deyib ki, əgər o prezident olsaydı, o vaxt Rusiya ilə Ukrayna arasında müharibənin başlamasına imkan verməzdi: “Ukraynaya kömək edirəm. Ona çox kömək edirəm. Bu müharibə heç vaxt başlamamalı idi. Əgər mən prezident olsaydım, bu gün Rusiya ilə müharibəniz olmazdı”.
O həmçinin əlavə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə yaxın günlərdə səmərəli olacaq telefon danışığı aparıb. Lakin Vladimir Putinlə keçirdiyi son telefon danışığından məyus olduğunu da xüsusi qeyd edib. Məlum olur ki, Putin müharibəni dayandırmaq fikrində deyil… Bu isə Trampı məyyus edir.
A.Məmmədli