Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bəyan edib ki, Avropa ölkələrinin Rusiya neftinin ən böyük idxalçısı olan Çinə qarşı mümkün sanksiya və ya rüsumlar tətbiq etməsi Ukraynadakı münaqişəyə son qoymağa kömək edəcək.
Tezadlar.az xəbər verir ki,bu barədə RİA Novosti məlumat yayıb.
Ağ Ev rəhbəri Çini Rusiya neftinin ən böyük idxalçısı adlandırıb. Amerika lideri qeyd edib ki, o, ABŞ-ın NATO və Avropa İttifaqındakı müttəfiqləri tərəfindən Rusiya neftinin alınması barədə məlumat əldə etməkdən narazıdır.
Bundan əvvəl Tramp Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı rusiyalı həmkarı Vladimir Putindən məyus olduğunu bildirmişdi. “Putin məni ruhdan saldı. O, həqiqətən etdi”, – deyib.
E.ŞİRİNOV