Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna daşınmaz əmlak layihələrinin inkişafı üçün yaxşı yer ola bilər.
Tezadlar.az xəbər verir ki, Amerikanın “The Wall Street Journal” qəzetinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp bunu 2024-cü ilin payızında Ukrayna lideri Vladimir Zelenskiyə bildirib.
“Bu ilin payızında (2024-cü il – RED.) o, Ukrayna prezidenti Vladimir Zelenskiyə Ukraynanın daşınmaz əmlakın inkişafı üçün yaxşı yer olacağını, xüsusən də Odessa şəhərini qeyd edib”, – nəşrin hesabatında deyilir.
“WSJ” qeyd edib ki, Tramp tez-tez “daşınmaz əmlak baxımından” xarici siyasətdən danışır.
Bundan əvvəl Trampın keçən yay İsrailin baş naziri Benyamin Netanyahuya Qəzza zolağının “əsas daşınmaz əmlak” olduğunu dediyi bildirilirdi.
Öz növbəsində, Rumıniya parlamentinin senatoru və Avropa Parlamentinin üzvü Diana Sosoaça bəyan edib ki, Ukraynada davamlı sülhü təmin etmək üçün tərəflər əslində Kiyevə aid olmayan ərazilərlə bağlı tarixi reallıqları tanımalıdırlar.
E.ŞİRİNOV