16 Oktyabr 2025 / 07:39

Tramp Ukraynanın hücumlara başlamasına razılıq verdi

ABŞ Prezidenti Donald Tramp Ukraynanın yeni raketlərlə hücuma hazırlaşa biləcəyinə razılıq verib. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, o, ABŞ-nin Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patellə birgə mətbuat konfransında jurnalistin sualını cavablandırarkən belə mövqe ortaya qoyub. ABŞ-ın Ukraynaya “Tomahawk” raketlərindən başqa silahların verilməsini nəzərdən keçirib-keçirməməsi sualına Tramp digər variantları araşdırdığını söyləyib. “Bu barədə qərar verməliyəm”, – Ağ Evin rəhbəri deyib. Tramp əlavə edib ki, oktyabrın 17-də ukraynalı həmkarı Volodimir Zelenski ilə qarşıdakı görüşdə o, Rusiya-Ukrayna müharibəsini müzakirə etmək niyyətindədir. Lakin Tramp söhbətin nədən gedəcəyini açıqlamayıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl “Tomahawk”ların Kiyevə tədarükünün rəsmi Moskva ilə Vaşinqton arasındakı münasibətləri pozacağını deyib.

Bu arada Rusiyaya qarşı sqnksiyalar çevrəsi daralmaqdadır. Belə ki, Rusiya neftinin ən böyük alıcılarından biri sayılan Hindistan da Rusiya ilə neft ticarətinə son qoymağa razılaşıb. Belə görünür ki, Rusiya üçün ağır sınaqlar hələ qarşıdadır.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!