Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 İyun 2025 / 11:18

Tramp Ukraynanın Rusiyaya qarşı istifadə etdiyi raket hissələrini Yaxın Şərqə göndərir

ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynanın Rusiya pilotsuz təyyarələrini vurmaq üçün istifadə etdiyi raketlər üçün xüsusi detonatorları ABŞ qoşunlarına yönləndirmək qərarına gəlib. Tezadlar.az “European Pravda”ya istinadla bildirir ki, keçən həftə Pentaqon Konqresə bu detonatorların indi ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdəki bölmələrinə ötürüldüyü barədə məlumat yayıb. Məlum olur ki, bu addım Pentaqonun özünü Rusiyanın təcavüzündən müdafiə edən Ukraynanı dəstəkləmək öhdəliyinin azaldığını əks etdirir. Keçən ay müdafiə naziri Pete Hegseth daxili memorandumda detonatorların əvvəlcə Ukrayna üçün alınmasına baxmayaraq, ABŞ Hərbi Hava Qüvvələrinə verilməsini əmr edib. Pentaqon Senatın Silahlı Qüvvələr Komitəsinə daha əvvəl açıqlanmayan bir bəyanatında bildirib ki, ABŞ ordusunun qoruyuculara ehtiyacı “müdafiə naziri tərəfindən müəyyən edilmiş təcili ehtiyacdır”. ABŞ Müdafiə Nazirliyi şərh tələbini rədd edib. Hansı ki, qoruyucuların Ukraynaya göndərilməsi Baydenin əvvəlki administrasiyası tərəfindən təsdiqlənmişdi.
Hərbi Hava Qüvvələri raketləri F-16 və F-15E qırıcılarından pilotsuz təyyarələrə qarşı atmaq üçün uyğunlaşdırılıb. Sistem Sidewinder və AMRAAM hava-hava raketlərindən daha ucuzdur. Konqresdə adı açıqlanmayan köməkçi Pentaqonu tərifləyib ki, Konqres büdcə müzakirələri zamanı bunu nəzərə ala bilsin deyə, detonatorların istiqamətini dəyişdirmək qərarı barədə qanunvericiləri dərhal məlumatlandırıb. Bununla belə, Konqresin başqa bir köməkçisi Pentaqonu tənqid edib: “Müharibənin bu kritik məqamında Ukraynanın silahlara çox ehtiyacı olduğunu inkar etmək ağlasığmazdır”. Məlum olduğu kimi, Donald Tramp administrasiyası vəzifəyə gəldikdən sonra Ukraynaya hərbi yardım göstərməyib, lakin əvvəlki administrasiyanın elan etdiyi paketlər altında silah axını davam edir. Tramp daha əvvəl ABŞ-ın Ukraynaya silah göndərməkdə davam edəcəyinə əmin olsa da, atəşkəsin tezliklə əldə olunacağına ümid etdiyini bildirib.

Amma faktdır ki, müharibə davam edir, hətta son vaxtlar şiddətlənməkdədir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!