Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Prezidenti Donald Tramp Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsində Avropa ölkələrini dəstəkləyəcəklərini söyləyib. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, bu barədə Tramp jurnalistlərə Oval kabinetdə bildirib. Sitat: “Birincisi, Avropa onlara (Ukraynaya – red.) mühüm təhlükəsizlik təminatları verəcək və onlar yaxınlıqda olduqları üçün bunu etməlidirlər. Amma biz də dəstək baxımından iştirak edəcəyik, onlara kömək edəcəyik. Hesab edirəm ki, razılığa gəlsək və məncə, gələcəyik, böyük problemlər olmayacaq. Amma biz onları dəstəkləyəcəyik, çünki daha insanların öldürülməsini görmək istəmirəm”.
Ukrayna cəbhəsində isə müharibə davam edir.