11 İyul 2025 / 08:08

Tramp Ukraynaya daha çox və daha güclü silahlarl verəcək, pulunu isə…

Tramp Ukraynaya veriləcək silahların pulunun ödənilməsindən artıq narahat deyil. “ABŞ-nin NATO-dakı müttəfiqləri, yeni razılaşmalara əsasən, Amerika silahlarının Ukrayna üçün pulunu tam ödəyəcəklər”,- deyən ABŞ Prezidenti “NBC News” telekanalına müsahibəsində həm də bildirib: “Biz NATO-ya silah göndəririk və NATO bu silahlara görə pulu 100 % ödəyir. Biz silahları NATO ölkələrinə göndərəcəyik və sonra alyans bu silahları Ukraynaya verəcək, NATO isə bu silahların pulunu ödəyəcək”.

O, Şimali Atlantika Alyansının iyun ayında keçirilən sammitində ABŞ silahlarının Ukraynaya tədarükü ilə bağlı bu prosedura dair razılaşmaların əldə edildiyinə diqqət çəkib.

Avropa ölkələri isə artıq Ukraynaya bütün silah tədarükünə razıdırlar. ingiltərənin hərbi ekspertləri deyiblər: “Bu gün Avropanın Ukraynaya köməyi təkcə Ukraynanın xilası deyil, həm də özlərinin Rusiyadan xilası deməkdir…”.

“X”də yayılan bəyanat xarakterli qənaətlər belədir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!