Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp Ukraynaya uzaqmənzilli silahların təhvil verilməsi məsələsini nəzərdən keçirəcəyini vəd edib.
Tezadlar.az xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evin saytında yayımlanan mətbuat konfransında bildirib.
“Mən bununla bağlı qərar verəcəm” deyən Tramp məsələ ilə bağlı suala cavab verib və “başqa variantları” da araşdırdığını vurğulayıb.
ABŞ prezidenti həmçinin vurğulayıb ki, Ukrayna hücuma başlamaq niyyətindədir və buna görə də Vaşinqtondan silah istəyir.
Daha əvvəl Tramp Xüsusi Hərbi Əməliyyatın (XHƏ) ilk həftəsində Rusiyanın Ukraynada qalib gələcəyini gözlədiyini bildirmişdi.
E.ŞİRİNOV