18 Avqust 2025 / 17:48

Tramp Zelenski ilə görüşdən əvvəl açıqlama verib

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə görüşdən əvvəl deyib ki, “sadəcə qalib gəlmək üçün oynamaq lazımdır”.

Tezadlar.az xəbər verir ki, bu barədə o, “Truth” sosial şəbəkəsində yazıb.

“Qələbə qazanmaq üçün oynayın və ya heç oynamayın”, – Ağ Evin rəhbəri yazıb.

Tramp altı ayda altı münaqişəni həll edə bildiyini də bildirib.

Xəbər verdiyimiz kimi, avqustun 18-də ABŞ və Ukrayna prezidentlərinin Ağ Evdə danışıqları planlaşdırılır. Tramp deyib ki, Zelenski Krımı Rusiya kimi tanısa və NATO-ya üzv olmaqdan imtina edərsə, Rusiya Federasiyası ilə münaqişəni “demək olar ki, dərhal” dayandıra bilər. Ağ Evdəki görüşdən əvvəl ekspertlər liderlər arasında yeni qalmaqal riski barədə xəbərdarlıq edirlər.

Vaşinqtona həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Leyen və NATO-nun baş katibi Mark Rutte, Böyük Britaniyanın baş naziri Key Starmer, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, İtaliyanın baş naziri Giorgio Meloni və Finlandiya prezidenti Alexander Stubb gələcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!