24 Sentyabr 2025 / 07:14

Tramp Zelenski ilə görüşdən sonra təəccüblü açıqlama verib

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyası çərçivəsində Vladimir Zelenski ilə görüşdən sonra bəyan edib ki, Ukrayna “indi hərəkətə keçməlidir”.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Görüş zamanı və görüşdən sonra Amerika lideri cari gündəmlə bağlı bir sıra açıqlamalar verib. Xüsusilə, o, Rusiya iqtisadiyyatının “dağılma ərəfəsində olduğunu” qeyd edib. Eyni zamanda o, Rusiyanın böyük hərbi gücə malik olduğunu etiraf edib.

“Rusiya böyük iqtisadi problemlər yaşayır və indi Ukraynanın hərəkətə keçmə vaxtıdır. Hər halda, hər iki ölkəyə ən yaxşısını arzulayıram”, – Tramp qeyd edib.

Ukrayna lideri öz növbəsində ABŞ prezidenti ilə görüşün “çox yaxşı və qənaətbəxş” olduğunu qeyd edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!