18 Avqust 2025 / 23:22

Tramp, Zelenski və Avropa liderləri arasında görüş keçirilir

Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderlərinin görüşü keçirilir.

Tezadlar.az xəbər verir ki, görüşə NATO Baş katibi Mark Rütte, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corcia Meloni və Finlandiya Prezidenti Aleksandr Stubb qatılıb.

Bundan əvvəl Trampla Zelenski arasında ikitərəfli görüş baş tutub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!