23 Sentyabr 2025 / 18:48

Tramp Zelenskini danışıqlara çağırmağı planlaşdırıb-planlaşdırmadığı ilə bağlı suala məhəl qoymayıb

Baş Assambleyada çıxış etmək üçün BMT-yə gələn ABŞ prezidenti Donald Tramp jurnalistlərin Ukraynada sülh nizamlanmasına nail olmaq üçün Vladimir Zelenskiyə təzyiq etmək niyyətində olub-olmaması ilə bağlı suallarını cavablandırmaqdan imtina edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“RİA Novosti”nin müxbiri Amerika liderindən Zelenski ilə danışıqlar planları barədə soruşsa da, Tramp cavab verməyi lazım bilməyib.

Daha əvvəl Ukrayna lideri bildirib ki, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Trampla görüşlə bağlı hələlik qəti razılıq əldə olunmayıb.

“Komandalarımız prezident Trampla görüşməyimizi təmin etmək üçün çalışır”, – Zelenski qeyd edib.

ABŞ dövlət katibi Marko Rubio da öz növbəsində bildirib ki, Ukrayna və Amerika nümayəndə heyətləri arasında görüş sentyabrın 24-də baş tuta bilər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!