Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
6 İyun 2025 / 09:07

Tramp Zelenskinin Rusiya aerodromlarına zərbə endirməsinə bərk qəzəblənib, bütün yardımları kəsir…

ABŞ prezidenti Donald Tramp Ukraynanın Rusiyanın strateji aerodromlarına zərbələr endirmək qərarından bərk qəzəblənib. Tezadlar.az TRT- Haber- ə istinadla bildirir ki, bu hücum Ağ Evdə qəzəb doğurub və Kiyevə əlavə dəstəyin məqsədəuyğunluğu ilə bağlı müzakirələrin yeni dalğasına səbəb olub. Bu barədə “The Atlantic” və üç administrasiya rəsmisinə və Ağ Evdən kənar məsləhətçiyə istinadən məlumatlar təsdiqlənməkdədir.
Bu nəşrilərin məlumatına görə, Tramp Ukraynanın ABŞ-la məsləhətləşmədən belə bir addım atmasından narazılığını özəl olaraq bildirib. Mənbələrin məlumatına görə, Ukraynanın hücumu Kiyevə əlavə hərbi və maliyyə yardımının məqsədəuyğunluğu ilə bağlı müzakirələrin yeni dalğasına səbəb olub. Trampın Zelenskidən şəxsi narazılığı növbəti dəfə güclənib – ABŞ prezidenti onu “dəlisov adam” adlandırıb, onun fikrincə, dünyanı III Dünya Müharibəsinə doğru sövq edə bilər. Sitat: “Zelenski Türkiyədəki görüşdən bir gün əvvəl ABŞ prezidentinə Rusiyanın strateji qüvvələrinə dərindən zərbə endirmək niyyətində olduğunu, bunun isə münaqişənin sürətlə artmasına səbəb olacağı barədə xəbərdarlıq edə bilməmişdir… Çünki Trampın bu əməliyyatdan xəbəri olmayıb…”- Trampın keçmiş strateqi Stiv Bannon belə deyib.

Ötən gecə isə Rusiya ordusu ballistik raketlərlə Kiyevi vurub. Ölən və yaralananlar, xeyli dağıntılar var.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!