Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 Sentyabr 2025 / 13:58

Tramp Zəngəzur dəhlizinə görə Ermənistana ilk olaraq 145 $ verir

ABŞ hakimiyy’ti Zəngəzur dəhlizi (Tramp marşrutu) layihəsinin həyata keçirilməsi üçün Ermənistana 145 milyon dollar yardım ayırmaq niyyətindədir. Tezadlar.az “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun direktoru Brendan Henrehen İrəvanda Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanla görüşündə deyib. “Konqreslə əməkdaşlıq çərçivəsində biz Ermənistana 145 milyon dollar verməyi planlaşdırırıq. Bu, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu təşəbbüsü və avqustun 8-də əldə olunmuş müvafiq razılaşmalar çərçivəsində maliyyənin ilk tranşıdır”, – deyə Henrehen bildirib.

 Onun sözlərinə görə, vəsait ticarət, infrastruktur, kritik mineral ehtiyatların tədarük zəncirləri və transsərhəd təhlükəsizliyin təmin edilməsinə investisiyaların dəstəklənməsi üçün istifadə olunacaq.

Ermənistanın baş naziri Nikol Paşinyan isə bəyan edib ki, Amerika şirkəti Ermənistan ərazisindəki yola nəzarət etməyəcək, onu idarə edəcək, yəni biznes idarəçiliyini həyata keçirəcək.

 İranın bu marşrutla yük daşımaq imkanı olub-olmayacağı ilə bağlı suala Paşinyan Rusiyanın idarə etdiyi Ermənistan dəmir yolunu misal çəkib: “Bu dəmir yolu bir çox yaşayış məntəqələrindən və yollardan keçir və heç bir erməni, İran, gürcü və ya avropalı avtomobil bu dəmir yolunu keçərkən heç bir müqavimətlə üzləşməyib…”, – deyə Paşinyan qeyd edib.

Paşinyan bunu ərazinin Ermənistanın yurisdiksiyasına aid olması ilə izah edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!