15 Avqust 2025 / 22:18

Trampa və missiyamıza sadiqəm

ABŞ-nin səhiyyə və sosial xidmətlər naziri kiçik Robert Kennedi 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürməyəcəyini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, R. Kennedi bu barədə “Truth social” sosial şəbəkəsində paylaşım edib.

O, haqqında yayılmış iddiaların dezinformasiya olduğunu nəzərə çatdırıb:

“Qoy aydın olsun: Mən 2028-ci ildə prezidentliyə namizədliyimi irəli sürməyəcəyəm. Mən Prezident Trampa və başladığımız missiyaya sadiqəm”.

Qeyd edək ki, yerli mətbuatda kiçik Robert Kennedinin 2028-ci ildə prezidetliyə namizəd olacağına dair xəbərlər yayılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!