9 Fevral 2026 / 13:22

Trampdan daha bir zarafat: ABŞ-a yeni ərazilər əlavə edir

ABŞ Prezidenti Donald Tramp Kanada, Qrenlandiya və Venesuelanı ABŞ-ın bir hissəsi kimi göstərən xəritə dərc edərək dünya liderlərini yenidən ələ salıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “The New York Post” (NYP) məlumat yayıb.

Süni intellekt tərəfindən yaradılan şəkildə Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Keir Starmer də daxil olmaqla Avropa liderləri Tramp ilhaq edilmiş ərazini göstərərkən şəkilə baxırlar.

Amerika lideri şəkli özünün Truth Social səhifəsində paylaşıb, lakin paylaşımı əlavə etməyib.

Ağ Ev rəhbəri əvvəllər Kanadanı ABŞ-ın bir hissəsi kimi göstərən xəritələri göstərmişdi. Qeyd olunur ki, Tramp Kanadanın 51-ci ştat olaraq ABŞ-a qoşulmasını təklif edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!