Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Davosda keçirilən Dünya İqtisadi Forumunda Donald Tramp miqrasiyanı sərt tənqid edən və Qərb sivilizasiyasını xarici təhdidlərdən qorumağın vacibliyini vurğulayan bir çıxış edib.
Tezadlar.az “The Guardian”a istinadən xəbər verir ki, Donald Tramp Davos forumunda Avropa liderlərini lağa qoyan və bir sıra millətçi açıqlamalar verən bir çıxış edib. O, Fransa prezidenti Emmanuel Makron, İngiltərə Bankının keçmiş rəhbəri Mark Karni, eləcə də İsveçrə və Danimarka haqqında alçaldıcı fikirlər söyləyib.
Forumda çıxış edən Tramp ABŞ və Avropanın “Qərb sivilizasiyasını müdafiə etmək” üçün birləşməli olduğunu vurğulayıb və kütləvi miqrasiyası pisləyib. O, deyib: “Onların özlərinə etdikləri dəhşətlidir. Onlar bu gözəl, gözəl yerləri məhv edirlər. Biz zəifləmişləri deyil, güclü müttəfiqlər istəyirik.”
Tramp həmçinin Minnesota ştatında genişmiqyaslı fırıldaqçılıqda Somali immiqrantlarını günahlandırıb və bildirib: “Biz Somali qanqsterləri tərəfindən oğurlanan 19 milyard dollardan çox fırıldaqçılıqla mübarizə aparırıq.”
O əlavə edib: “Minnesotadakı vəziyyət bizə xatırladır ki, Qərb uğurlu cəmiyyətlər qura bilməyən yad mədəniyyətləri kütləvi şəkildə qəbul edə bilməz”.
“The Guardian” qəzetinin məlumatına görə, Trampın çıxışı ağdərililərin kimlik mövzuları ilə dolu idi və onun ritorikası immiqrasiya siyasətində sərt mövqeyi ilə tanınan müşaviri Stiven Millerin fikirləri ilə uyğun gəlirdi.
Nəşr qeyd edir ki, bu cür fikirlər milyarder Elon Mask tərəfindən dəstək tapıb və o, dəfələrlə “ağ həmrəyliyə” çağıran paylaşımları retvit edib.
“Vzglyad” xəbər verir ki, Donald Tramp Qrenlandiya ilə bağlı fikir ayrılıqlarına görə səkkiz NATO ölkəsindən idxala 10% tarif tətbiq etdiyini elan edib.
Avropa Birliyi təcili iclas çağırır və ABŞ-ı “ticarət bazukası” ilə hədələyir.
E.ŞİRİNOV