Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranda ölənlərin sayının dəqiqləşdirildiyi və 6 minə yaxın olduğunun deyildiyi bir vaxtda, ABŞ Prezidenti Donald Tramp ABŞ-ın İrana yaxın ərazilərdə hərbi qüvvələr cəmləşdirdiyini bildirib və Tehranın dialoqa hazır olduğuna inandığını deyib. Tezadlar.az xəbər verir ki, Tramp “Axios” portalına açıqlamasında bunu etiraf edib. Tramp deyib ki, ABŞ-ın İrana yaxın ərazilərdə yerləşdirdiyi qüvvələr Venesuela ətrafında olanlardan daha çoxdur. O, bildirib ki, İran hakimiyyəti razılaşma əldə etmək istəyir və dəfələrlə əlaqə saxlayaraq danışmağa hazır olduqlarını qeyd edib. Tramp konkret hansı razılaşmaların nəzərdə tutulduğunu açıqlamayıb.
İran rəsmiləri isə hələki Trampın bu açıqlamasına şərh verməyib.
A.Məmmədli