Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ federal hökumətinin büdcə razılaşması olmadan bağlanması ABŞ prezidenti Donald Trampın diqqətini Ukraynadakı münaqişənin həllindən yayındıracaq.
Tezadlar.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının ABŞ və Kanadanın Tədqiqi İnstitutunun baş elmi işçisi Vladimir Batyuk deyib.
“Qapanma, şübhəsiz ki, Trampın diqqətini Ukraynadan yayındıracaq. Bu, kənara atılacaq daxili siyasət məsələsi deyil”, – o deyib.
Ekspertin fikrincə, bütün ABŞ hökuməti iflic vəziyyətinə düşəcək və administrasiyada sadəcə olaraq vəsait çatışmayacaq, bu isə ABŞ-ın keçmiş prezidenti Co Baydenin dövründə olduğu kimi Kiyevə pulsuz silah tədarükünün bərpasına mane olacaq.
Bundan əvvəl ABŞ hökumətinin bağlanmasının qaçılmaz olduğu bildirilmişdi. ABŞ Senatı sentyabrın 30-da iclasını ikitərəfli maliyyələşdirmə qanunlarını qəbul etmədən başa vurub.
E.ŞİRİNOV