Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 Yanvar 2026 / 04:10

Trampın həyat yoldaşı Melaniya onun rəqsinin bəzən yersiz olduğunu bildirib

ABŞ prezidenti Donald Trampın rəqsi bəzən yersiz olur.

Tezadlar.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Melaniya “Fox News”da bildirib.

Ağ Ev rəhbəri əvvəllər həyat yoldaşının onun rəqs etməsindən nifrət etdiyini bildirib.

“Bəzən bundan zövq alıram. Bəzən yersiz olur və mən ona bunu demişəm”, – deyə Birinci xanım şərh edib.

O, həmçinin ərinin rəqsinin insanlara “xoşbəxtlik və sevinc” gətirdiyini vurğulayıb.

Melaniya həmçinin andiçmə mərasimində rəqs etdiyini, lakin ərinin hərəkətlərini təkrarlamadığını etiraf edib.

Qeyd edək ki, Tramp tez-tez çıxışlarını rəqs hərəkətləri ilə başa vurur; onun özünəməxsus hərəkətləri və sevimli mahnıları var.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!