Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 May 2025 / 20:23

Trampın nümayəndəsi: Növbəti danışıqlar Cenevrədə ola bilər

ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Rusiya və Ukrayna arasında danışıqların növbəti mərhələsinin Cenevrədə keçirilə biləcəyini bildirib.

“Tezadlar.az” xəbər verir ki, xüsusi nümayəndə bu haqda “Fox News” telekanalına müsahibə verib.

O qeyd edib ki, Ukrayna və Rusiyanın sənədləri ilə işlədikdən sonra danışıqların növbəti mərhələsi keçiriləcək:

“Düşünürəm ki, Cenevrə tərəflərin hər üç liderinin: ABŞ Prezidenti Donald Tramp, Rusiya lideri Vladimir Putin və Ukrayna başçısı Volodimir Zelenskinin iştirak edəcəyi növbəti dayanacaq ola bilər”, – xüsusi nümayəndə deyib.

O, həmçinin açıqlayıb ki, ABŞ administrasiyası Ukraynadan Rusiya ilə münaqişənin həlli üçün şərtlərin siyahısını alıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!