22 Sentyabr 2025 / 14:14

Trampın oğlu açıq şəkildə atasını parodiya edib

ABŞ prezidenti kiçik Donald Trampın oğlu mühafizəkar fəal Çarli Kirkin dəfn mərasimində atasını ictimaiyyət qarşısında parodiya edib.

Tezadlar.az xəbər verir ki, “The New York Post” onun çıxışının videosunu YouTube kanalında dərc edib.

Amerika liderinin oğlu sosial şəbəkələrdəki paylaşımlarına görə tez-tez tənqid olunduğunu bildirib. O, “son dərəcə uyğun olmayan memlar” yerləşdirə biləcəyini etiraf edib.

Ağ Ev prezidentinin oğlunun sözlərinə görə, bu barədə hətta atasından da zənglər alıb və onun şərhlərini dinləyib.

“Bilirsən, Don, Don, sosial mediada çox aqressivsən. Don, rahat ol”, – Donald Tramp atasının danışıq tərzini parodiya edərək deyib.

Bundan əvvəl kiçik Donald Tramp Kiyevə dəstək ifadəsi kimi profillərində Ukrayna bayraqları əks etdirən, lakin ukraynalı qadın İrina Zarutskayanın qətliamına səssiz qalan sosial şəbəkə istifadəçilərini kloun adlandırmışdı.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!