Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Prezident Donald Trampın Rusiya lideri Vladimir Putinlə telefon danışığı və Budapeştdə görüşmək barədə razılığa gəlməsinə dair açıqlaması Vaşinqtona səfər edən Ukrayna Prezidenti Volodimir Zelenskini yaman təəccübləndirib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bu barədə Amerika mediası yazıb. Yazıda qeyd olunur ki, Vaşinqtona gələn Zelenski Trampla görüşə və ABŞ-ın Ukraynaya “Tomahawk” tipli qanadlı raketlər verməyə hazır olmasına dair ümidli idi. Lakin “Merilend” ştatındakı “Endrüys” hərbi bazasına enişdən dərhal sonra Ukrayna nümayəndə heyəti Trampın “Vladimir Putinlə danışdığını və onunla Macarıstanda görüşməyə razılaşdığını” elan etməsindən təəccüblənib. Mənbənin məlumatına görə, Zelenskinin Vaşinqtona səfəri çərçivəsində ABŞ-ın “Raytheon” və “Lockheed Martin” hərbi şirkətlərin rəhbərləri ilə də görüşü planlaşdırılır.
Qeyd edək ki, Tramp və Zelenski arasında danışıqlar cümə günü Ağ Evdə baş tuta bilər. Lakin maraqlıdır ki, Zelenskinin bu görüşdə məqsədi Ukraynaya ən vacib silahların əldə edilməsinə razılıqdır. Tramp isə Putin razılığa gəlməyəcəyi təqdirdə bu razılığı verəcəyini bildirib. Hətta o, Putinin vəziyyətinin pis olacağına da işarə vurub.
A.Məmmədli