29 Avqust 2025 / 18:28

Müharibə hər halda bitəcək, Putin qaça bilməyəcək

Ukrayna Birləşmiş Ştatlardan Rusiyaya qarşı “güclü addımlar” gözləyir.

“Tezadlar” “RBK-Ukrayna”ya xəbər verir ki, bunu ölkə Prezidenti Vladimir Zelenski bildirib.

“Hər birimiz dediyimiz və hazır olduğumuz şeylərə görə məsuliyyət daşımalıyıq… ABŞ-dan Rusiyaya qarşı hansısa güclü addımlar gözləyirik, çünki onlar bizə təklif etdilər və biz razılaşdıq. Rusiya isə hələ razılaşmayıb”, – o qeyd edib.

V.Zelenski əlavə edib ki, sentyabrın 1-i ABŞ Prezidenti Donald Trampın Rusiya üçün ikitərəfli və ya üçtərəfli görüşə razılaşmaq qərarı üçün müəyyən etdiyi “iki-üç həftə” başa çatır.

“İki həftə artıq bazar ertəsi olacaq və biz bunu hamıya xatırladacağıq”, – o vurğulayıb.

V.Zelenskinin fikrincə, Rusiyanın Ukraynaya qarşı müharibəsi istənilən halda başa çatacaq: “Müharibə hər halda bitəcək, Putin heç yerə qaça bilməyəcək”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!