Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-ın Hindistan hökumətini Rusiya neftinin idxalını dayandırmağa inandırmaq cəhdləri Vaşinqtonda istənilən nəticəni verməyəcək.
Tezadlar.az “İnterfaks”-a istinadən xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.
Onun fikrincə, Ağ Evin bu sövdələşmələrdən imtina etmək çağırışına baxmayaraq, Yeni Dehli Rusiyadan enerji almağa davam edəcək. Novak vurğulayıb ki, Rusiya enerjisi tələbatda qalır, iqtisadi cəhətdən səmərəli və həyata keçirilə bilər. O, həmçinin qeyd edib ki, Rusiya neftinin alıcıları artıq öz yollarını seçmək niyyətində olduqlarını və ABŞ-ın öz seçimlərini diktə etməsini istəmirlər.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Hindistanın baş naziri Narendra Modinin guya ona Rusiya neftini almağı dayandıracağına söz verdiyini iddia etmişdi. İndi Ağ Ev rəhbərinin sözlərinə görə, Çinin də oxşar addımlar atmasını təmin etmək qalır.
Bundan dərhal sonra Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval elan etməyə tələsdi ki, ölkəsinin daimi prioriteti qeyri-sabit enerji vəziyyəti qarşısında Hindistan istehlakçılarının maraqlarını qorumaqdır.
E.ŞİRİNOV