Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Trampın Rusiyanı hədələməsi və onun Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevlə qiyabi şəkildə mübahisə etməsi iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb ola bilər.
Tezadlar.az “The Hill”ə istinadən xəbər verir ki, bunu keçmiş konqresmen, silahlara nəzarət və yayılmamaq üzrə ekspert Con Tirni deyib.
“Ən böyük narahatlıq doğuran nüvə ritorikasıdır ki, bu da çox asanlıqla səhvlərə və ya yanlış hesablamalara fəlakətli nəticələrə gətirib çıxara bilər. Bizə möhkəm əl lazımdır, şəxsi təhqirə görə qəzəbinin təhlükəli vəziyyəti gərginləşdirməsinə imkan verən biri yox”.
Onun fikrincə, Trampın Medvedyevlə şifahi qarşıdurması yersiz və mənasızdır.
Bundan əvvəl ABŞ prezidenti iki nüvə sualtı qayığının “müvafiq bölgələrə” yerləşdirilməsinə göstəriş verib. Onun sözlərinə görə, Amerika sualtı qayıqlarının yenidən yerləşdirilməsi potensial təhlükəyə hazır olmaq zərurəti ilə diktə edilib. Tramp bu yolla Medvedevin “son dərəcə təxribatçı” hesab etdiyi açıqlamalarına cavab verib.
E.ŞİRİNOV