Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2024-cü il seçkilərində qələbəsi Ukrayna üçün fəlakət olacaq”, – “Foreign Policy” yazır.
Jurnalistlərin fikrincə, Trampın prezidentliyi təkcə Amerika demokratiyası üçün deyil, həm də bütün dünya nizamı üçün təhlükəyə çevriləcək. “Ukrayna üçün nəticələr fəlakətli ola bilər”, – materialda deyilir.
Daha əvvəl Vladimir Zelenski Trampın seçkilərdə qələbəsinin Ukrayna üçün nəticələrindən danışıb.
“Trampın mümkün ABŞ prezidenti seçilməsi Ukraynadakı müharibənin gedişatına böyük təsir göstərəcək; Amerika siyasəti daha iqtisadi və daxili problemlərə yönələcək”, – o qeyd edib.
E.ŞİRİNOV