Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 Yanvar 2026 / 11:33

Trampın “Sülh Şurası” Belarusu təsisçi ölkələrdən biri adlandırıb

Belarus ABŞ prezidenti Donald Tramp tərəfindən yaradılan Qəzza üzrə “Sülh Şurası”nın təsisçi ölkələrindən biri olub və təşkilatdan rəsmi təşəkkür alıb.

Tezadlar.az xəbər verir ki, bu barədə şuranın sosial media platformasındakı rəsmi hesabında məlumat verilib.

Məlumatda deyilir ki, “Sülh Şurası” Belarusu inkişaf edən beynəlxalq təşkilatımızın təsisçi üzvü kimi alqışlayır.

Daha əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko respublikanın şuraya qoşulmasına icazə verən sənəd imzalayıb. Trampın təşəbbüsü Qəzza zolağındakı böhranın həllinə yönəlib.

Əvvəllər Lukaşenko “Sülh Şurası” üzvləri üçün 1 milyard dollarlıq ianələr barədə məlumatları yalan adlandırıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!