Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 Yanvar 2026 / 10:25

Trampın xüsusi nümayəndəsi İran müxalifətinin lideri ilə gizli görüşüb

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff İran müxalifətinə rəhbərlik edən İranın sonuncu şahının böyük oğlu Rza Pəhləvi ilə gizli görüş keçirib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Görüş ötən həftəsonu baş tutub. Portalın məlumatına görə, bu, İranda kütləvi nümayişlər və iğtişaşların başlamasından bəri ABŞ administrasiyası ilə müxalifət qüvvələri arasında ilk belə yüksək səviyyəli əlaqədir.

Daha əvvəl Tramp müttəfiqlərini İranı tərk etməyə çağırmışdı.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani isə İsrailin Baş naziri Benyamin Netanyahunu və ABŞ prezidenti Donald Trampı İran xalqının əsas qatilləri adlandırmışdı.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!