29 Dekabr 2023 / 10:17

TÜRKİYƏ “F-16”MÜHƏRRİKLƏRİNİN İSTEHSALINA BAŞLAYA BİLƏR – ABŞ-DAN İCAZƏ İSTƏNİLİB

Türkiyə ABŞ-ın “General Electric” korporasiyasının “F-16” qırıcılarında istifadə olunan “F110” mühərriklərini öz ərazisində istehsal etməyi planlaşdırır.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə “Bloomberg” agenliyi məlimat yayıb.

Məlimatda qeyd edilir ki, rəsmi Ankara Vaşinqtondan “F110” mühərriklərinin müştərək istehsalı üçün icazə istəyib. Türkiyə “Turkish Aerospace İndustries” kompaniyasının beşinci nəsil “Kaan” döyüş təyyarəsini iki ədəd “F110” mühərriki ilə təchiz etmək niyyətindədir. 2024-cü ilin yanvarında həmin təyyarənin ilk uçuşu nəzərdə tutulub. 

trt

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!