Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiyanın Sülhməramlılarından fərqli olaraq Türkiyə hərbçilərinin Ağdam rayonundakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində qalma müddəti daha 1 il uzadılacaq.
Türkiyə parlamentinə müvafiq qanun layihəsini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib. Qarabağda Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yaradılması haqqında qərar 44 günlük müharibənin sonunda, 2020-ci ilin payızında qəbul edilib. Məqsəd pilotsuz uçan aparatlar da daxil olmaqla, müasir texniki vasitələrdən istifadə edərək atəşkəs rejiminə riayət olunmasının monitorinqi idi.
Tezadlar.az xatırladır ki, Rusiya Sülhməramlılarının əksər hissəsi Qarabağın erməni quldurlarından azad edilmiş ərazilərindən çıxıb, dislokasiya yerini Rusiyaya dəyişib…
ELBAR