9 Sentyabr 2025 / 21:08

Türkiyə ilə BP arasında qaz sazişi: ildə 1,6 milyard kubmetr LNG

Türkiyənin “Botaş” dövlət şirkəti “BP plc” ilə mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü ilə bağlı müqavilə bağlayıb.

“Tezadlar” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib. İmzalanma Milanda keçirilən “Gastech” konfransı çərçivəsində baş tutub.

Üçillik müqavilə ildə 1,6 milyard kubmetr qazın (1,2 milyon ton) tədarükünü nəzərdə tutur.

“Bu əməkdaşlıq xüsusilə qış aylarında fasiləsiz təchizatın təmin edilməsi, mənbələrin şaxələndirilməsi və kommersiya çevikliyinin artırılması üçün vacibdir”, – nazir əlavə edib.

2024-cü ildə Türkiyə LNG şəklində 12 milyard kubmetr qaz (9,3 milyon ton) idxal edib, 2025-ci ilin ilk 6 ayında tədarükün həcmi 7,3 milyon ton və ya 9,5 milyard kubmetr təşkil edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!