Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının Mərkəzi İcraiyyə Komitəsinin üzvləri ilə qapalı görüş keçirəcək.
Tezadlar.az mənbəyə istinadən xəbər verir ki, gündəliyə Ukrayna ilə bağlı danışıqlar prosesi, eləcə də Qəzza zolağı və Suriyadakı vəziyyət daxil olacaq.
Partiya mənbəsinin məlumatına görə, beynəlxalq gündəliyin müzakirəsi Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirak etdiyi üçtərəfli işçi qrupunun Əbu-Dabidə son danışıqları fonunda keçiriləcək. Türkiyə liderləri danışıqlar prosesinin dinamikasını, eləcə də regiondakı vəziyyəti Ankaranın milli təhlükəsizliyi və xarici siyasət maraqları baxımından qiymətləndirmək niyyətindədirlər.
Görüşdən sonra partiyanın sözçüsü Ömər Çelikin ənənəvi brifinqi gözlənilir.
Xatırladaq ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələri ilə iki günlük danışıqlar 24 yanvarda Əbu-Dabidə başa çatıb. BƏƏ hökuməti görüşü müsbət və konstruktiv qiymətləndirib və Moskva və Kiyevdən olan nümayəndə heyətlərinin birbaşa ünsiyyət qurduğunu qeyd edib.
E.ŞİRİNOV