11 Avqust 2025 / 04:45

Türkiyədə zəlzələ nəticəsində bir nəfər ölüb

Avqustun 10-da axşam saatlarında Türkiyənin qərbində yerləşən Balıkesir vilayətində baş vermiş 6,1 bal gücündə zəlzələ nəticəsində bir nəfər ölüb, 29 nəfər yaralanıb.

Tezadlar.az bildirir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya məlumat verib.

O, “TRT Haber” telekanalının efirində deyib: “Zəlzələ nəticəsində 81 yaşlı vətəndaş ölüb, 29 nəfər xəsarət alıb. 16 ev dağılıb”.

Yerli vaxtla saat 19:53-də (Bakı vaxtı ilə saat 19:53-dəi) zəlzələ baş verib, episentri Sındırğı rayonunda, ocağı isə 11 km dərinlikdə olub. Yeraltı təkanlar İstanbul da daxil olmaqla Türkiyənin qərbində ən azı 10 bölgədə 20-30 saniyə ərzində hiss olunub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!