24 İyul 2025 / 09:15

Türkiyədəki meşə yanğınında 11 nəfər ölüb- İSTİNTAQ GÜNAHKARI AXTARIR

Bu günlərdə Türkiyənin Eskişehir vilayətində on işçinin həlak olduğu meşə yanğınları ilə bağlı ölkənin Baş Prokurorluğu tərəfindən istintaq başladılıb. Tezadlar.az CNN Türk- ə istinadla xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç açıqlayıb. Hadisə ilə bağlı məlumat verən səhiyyə naziri Kemal Memişoğlu yanğın bölgəsindən çıxarılan yeddi nəfərin müalicəsinin xəstəxanada davam etdiyini, onlardan birinin vəziyyətinin ağır olduğunu deyib. Və xəstəxanaya yerləşdirilən 14 işçidən yeddisi ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Ölüm hadisəsinin hansı səbəb və şəraitdən baş verdiyi isə hələ də müəmmalı olaraq qalır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!