Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyəli politoloq, Ankara-Moskva ekspert və analitik şəbəkənin aparıcı eksperti Engin Özer bildirib ki, Qərb Ukraynada öz məğlubiyyətini və münaqişənin bitdiyini bəyan edəcək vəziyyətdə deyil.
Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Onun sözlərinə görə, bu danışıqların irəlilədiyinin mühüm əlaməti əsirlərin mübadiləsidir. O əlavə edib ki, Ukrayna üzrə sülh danışıqlarının yekun mərhələsi çox güman ki, yaxın gələcəkdə Türkiyədə baş tutacaq. Ekspertin fikrincə, gələcək razılaşmanın mühüm məqamlarından biri Rusiyaya qarşı sanksiyaların ləğvi olacaq.
Özer “Müharibənin əslində Qərbin məğlubiyyəti ilə sona çatdığı bir dövrə girdiyimizi deyə bilərik, lakin Qərb bunu elan edəcək vəziyyətdə deyil” deyib.
E.ŞİRİNOV