Gözlənildiyi kimi, Türkiyənin “Kızılelma” PUA -sı hava döyüşünə hazırlaşır. Tezadlar.az Türkiyə mediasına istinadla xəbər verir ki, “Bayraktar” tərəfindən istehsal edilən “Kızılelma” PUA-sına milli istehsal olan, “hava-hava” tipli “Gökdoğan” raketi inteqrasiya olunub.
“Kızılelma” bu raket ilə sınaqlarına yerli MURAD AESA radarı ilə başlayıb.
Bu sinaqlardan sonra “Kızılelma” hava döyüşü aparmaq qabiliyyətinə malik dünyanın ilk pilotsuz döyüş vasitəsi olacaq.
Beləliklə, Türkiyənin müdafiə gücü getdikcə yeni standartları diqtə edir.
JASMİN