3 Sentyabr 2025 / 18:24

Türkiyəyə köçən rusiyalı qadın yerli kişilərin qeyri-adi asudə vaxtlarından danışıb

Bir müddət Türkiyəyə köçən Marqo adlı rus qadın yerli sakinlərin qeyri-adi asudə vaxtlarına alışa bilmədiyini bildirib.

Tezadlar.az xəbər verir ki, o, xaricdəki həyatının təfərrüatlarını lenta.ru ilə bölüşüb.

Marqo ərinin işi ilə əlaqədar Türkiyədə yaşayırdı. O, bu ölkəyə heç vaxt alışa bilməyəcəyini etiraf edib. Qadının sözlərinə görə, yerli istilərə dözmək onun üçün çətin olub: “Türklər belə havaya öyrəşmişdilər, ona görə də tez-tez çöldə toplaşır, çay içir, qəlyan çəkirdilər”.

“50-60 yaşdan yuxarı kişilərin daimi bir vərdişi var: toplaşıb bir növ stolüstü oyun oynamaq”, –  Marqo deyib. O izah edib ki, əllərində bir fincan qəhvə ilə sahil boyu gedən türklərə rast gəlməzsən. Türkiyədə Marqonun vətəni Sankt-Peterburqdan fərqli olaraq bu cür boş vaxt keçirmək adət deyil.

Bundan əvvəl Fransanın Tuluza şəhərinə yola düşən rusiyalı qadın yerli kişilərlə ünsiyyətin özəlliklərini açıqlayıb. “Fransada kişilər üçün qızın hesabını bağlamaq, görüşdə çiçək vermək və ya ümumiyyətlə, səxavət göstərmək adət deyil”, – deyə izah edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!