Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən ilin noyabrın 11-də Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi təyyarəsinə hər hansı kənar müdaxilə olmayıb. Tezadlar.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Ankara Şəhər Prokurorluğu məlumat yayıb. Bildirilib ki, Gürcüstan ərazisində qəzaya uğrayan C-130 tipli hərbi yük təyyarəsi ilə bağlı aparılan istintaq çərçivəsində hazırlanmış hesabata əsasən, təyyarəyə hər hansı kənar müdaxilə olmayıb və ya partlayıcı izinə rast gəlinməyib. Məlumata görə, təyyarə qəzası ilə bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, 2025-ci il noyabrın 11-də Azərbaycanın Gəncə şəhərindən havaya qalxan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib. Təyyarədə olan 20 nəfərin hamısı həlak olub. Onların nəşi tapılıb və Türkiyəyə göndərilib.
Onu da xatırladırıq ki, dünən Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek sensasion iddia ortaya qoyulub. O, 2025- ci ilin noyabr ayında Azərbaycandan qayıdarkən Gürcüstan səmasında qəzaya uğrayan Türkiyəyə məxsus C-130 hərbi yük təyyarəsinin İsrail tərəfindən vurulduğunu iddia edib və açıqlama yayıb, 20 türk zabitinin şəhid olduğu qəza ilə bağlı hesabatın gizlədildiyini deyib və açıqlanmasını tələb edib.
Beləliklə, Doğu Perinçekin “C-130” hərbi təyyarənin İsrail tərəfindən vurulması yalanı ifşa edildi!
A.Məmmədli