28 Oktyabr 2025 / 07:53

Üç saat ərzində Rusiya bölgələri üzərində 23 Ukrayna PUA-sı vurulub

Rusiya hava hücumundan müdafiə sistemləri üç saat ərzində Rusiya bölgələri üzərində 23 Ukrayna PUA-sını məhv edib.

Tezadlar.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

“Moskva vaxtı ilə saat 20:00 ilə 23:00 arasında növbətçi hava hücumundan müdafiə sistemləri 23 Ukrayna stasionar qanadlı pilotsuz uçuş aparatını məhv edib: Bryansk vilayəti üzərində 14 PUA, Tula vilayəti üzərində dörd PUA, Moskva vilayəti üzərində üç PUA, o cümlədən Moskvaya gedən iki PUA və Oryol vilayəti üzərində iki PUA”, – deyə Müdafiə Nazirliyi bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!