Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Cənubi Qafqazda kommunikasiyaların blokdan çıxarılmasına dair razılaşma “3+3” formatında dialoqda yeni səhifə açıb, bu formatda növbəti görüşün Bakıda və ya İrəvanda keçirilməsi planlaşdırılır. Tezadlar.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan İranın IRNA agentliyinə müsahibəsində deyib.
“Hesab edirik ki, bu dialoq formatı regional, xüsusən də nəqliyyat və infrastruktur kommunikasiyaları sahəsində olan layihələrin müzakirəsi üçün əlverişli platformaya çevrilə bilər”, – o bildirib.
Kostanyan Azərbaycan və Ermənistan arasında münasibətlərdə son hadisələrin, eləcə də regionda nəqliyyat marşrutlarının bərpasına dair fundamental razılaşmanın dialoq üçün, o cümlədən “3+3” çərçivəsində yeni fəsil açdığını vurğulayıb.
“Nazirlərin son bəyanatına görə, növbəti görüş İrəvanda və ya Bakıda keçirilməlidir. Biz həmçinin Azərbaycan tərəfi ilə də ikitərəfli məsləhətləşmələrin aparılması imkanlarını da nəzərdən keçiririk”, – nazir müavini vurğulayıb.