Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ liderinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff avqustun 6-da Rusiya prezidenti Vladimir Putinlə görüşə dövlət katibi olmadan gəlib və bununla da protokolu pozub.
Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Uitkoff Rusiya prezidentinin dəqiq sözlərini qeyd etmədən qalıb. Nəticədə, avqustun 7-də Avropa liderləri ilə telefon danışığı zamanı Trampın xüsusi nümayəndəsi ziddiyyətli məlumatlar verib və bu, ABŞ rəsmilərinin, o cümlədən ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun narazılığına səbəb olub.
Avqustun 6-da səhər saatlarında Uitkoff Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul edilib. Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakovun sözlərinə görə, faydalı və konstruktiv söhbət olub. O qeyd edib ki, Rusiya tərəfi Ukrayna məsələsi ilə bağlı bəzi siqnallar verib və Trampdan müvafiq siqnallar alıb.
E.ŞİRİNOV