6 Avqust 2025 / 08:13

Uitkoffun olduğu təyyarənin Rusiya hava məkanına daxil olduğu ehtimal edilir

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun olduğu ehtimal edilən təyyarə Rusiya sərhədini keçib.

Tezadlar.az xəbər verir ki, TASS-ın müxbiri buna əmin olub.

Bombardier Global 7500 təyyarəsi Florida ştatındakı “Fort Lauderdale-Hollywood” beynəlxalq hava limanından bir müddət əvvəl havaya qalxıb. Təyyarə artıq marşrutun Avropa hissəsində Norveç, İsveç və Latviyanın hava məkanını keçib və Smolensk vilayəti üzərində uçur. Bunu “Flightradar” izləmə xidmətinin məlumatları sübut edir.

Daha əvvəl Tramp bildirib ki, Rusiyaya idxal rüsumlarının tətbiqi ilə bağlı qərar Uitkoffun Rusiya rəhbərliyi ilə apardığı danışıqların nəticələrinə görə veriləcək.

TASS-ın bir sıra mənbələri, o cümlədən Amerika tərəfi məlumat verib ki, Amerika liderinin Rusiyaya səfərinin avqustun 6-da gözlənilə bilər. Tramp da əvvəllər Uitkoffun Rusiyaya bu həftə, çərşənbə və ya cümə axşamı gedə biləcəyini bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, Kreml Putinlə Uitkoff arasında görüş ehtimalını istisna etmir.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!