9 Fevral 2026 / 09:03

“Ukrayna bizim düşmənimizdir…”- PREZİDENTDƏN ŞOK İDDİA

Macarıstanın baş naziri Viktor Orban müharibə əleyhinə keçirilən mitinqdə Ukrayna ilə bağlı açıqlamalar verib. Tezadlar.az xəbər verir ki, Orbanın sözlərinə görə, Ukrayna daim Brüsseldən Macarıstanı ucuz rus enerji resurslarından ayırmağı tələb edir ki, bu da macarlar üçün yüksək kommunal ödənişlər riski yaradır. Baş nazir qeyd edib ki, Macarıstanın enerji maraqlarına zidd çağırışlar ölkənin mənafeyinə uyğun deyil. O, həmçinin macarların Ukrayna ilə hərbi və iqtisadi əməkdaşlıq məsələsinə ehtiyatla yanaşmalı olduqlarını vurğulayıb və bunun ölkəni münaqişəyə cəlb edə biləcəyini deyib. “Bunu deyən hər kəs Macarıstanın düşmənidir, deməli Ukrayna bizim düşmənimizdir,” — deyə Orban bildirib.

Bununla yanaşı, Orban Ukraynanın Macarıstanın qonşusu olduğunu xatırladaraq, müəyyən səviyyədə əməkdaşlığın qaçılmaz olduğunu bildirib. O əlavə edib ki, hazırkı şəraitdə Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələsi mümkün görünmür.

Bundan əlavə, Orban bildirib ki, Brüsseldə artıq bir plan hazırlanıb və bu plana əsasən Avropa İttifaqı 2030-cu ilə qədər müharibəyə cəlb olunacaq: “Avropa İttifaqının 2030-cu ilə qədər müharibəyə cəlb olunacağına dair bir plan var və əhalisi buna hazırlaşır. Avropa İttifaqı müharibə iqtisadiyyatına keçid elan edib. Buna görə də, 2026-cı ildən 2030-cu ilə qədər olan dövr həyatımızda ən təhlükəli dövr olacaq. 2026-cı il müharibədən əvvəlki son seçkidir və buna görə də müharibə əleyhinə mitinqlər keçiririk”, – deyə Orban bildirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!