Rusiya-Ukrayna cəbhəsində vəziyyət gərginləşib. Qalib gələ bilməyən Putin üzə düşüb, Zelenski isə üzə dirəşib… Nəticə budur ki, zəif bilinən Zelenskinin ordusu bir neçə gün əvvəl Rusiyanın mərkəzi ərazilərində unikal dron əməliyyatı ilə Rusiyanın 41 bombardmançı təyyarələrini məhv etdi, Rusiya ordusuna 7 milyard dollarlıq ziyan vurulub. Biz hələ Rusiyanın imicinə vurulan zərbəni demirik.
Bu gün isə Ukrayna ordusu Rusiyanın İsgəndər OTRK qurğularını Bryanskda dağıdıblar. Rusiya Federasiyasının Bryansk vilayətinin Klintsı şəhəri ərazisindən Rusiya qoşunlarının 26-cı raket briqadasının bölməsi Kiyevə zərbə endirməyə cəhd edib. Amma qarşısı alınıb. Nəticədə bir rus raket qurğusu partladılıb, daha ikisi isə böyük ehtimalla zədələnib. Hazırda Ukrayna ordusu xüsusi əməliyyata başlamaq üzrədir. Tezadlar.az xatırladır ki, bu barədə Böyük Britaniya kəşfiyyatı məlumat yayıb. Lakin əməliyyatın necə və hansı formada başlanılacağı gizli saxlanılıb…
A.Məmmədli