Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötın gün Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi əməliyyatı nəticəsində Rusiya Federasiyasının şimal-qərbində Komi Respublikasında yerləşən “LUKOIL-Uxtaneftepererabotka” neft emalı zavoduna dron hücumu edilib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, hücuma məruz qalan müəssisə Rusiya ərazisinin dərinliklərində, Ukrayna sərhədindən ən azı iki min kilometrdən çox məsafədə yerləşir. Bu zavod Rusiya ordusunun yanacaq-sürtkü materialları ilə təmin edir. Sosial şəbəkələrdə yayılmış videolardan da görünür ki, pilotsuz təyyarələr neft məhsulları olan çənə dəyib, sonradan içindəkilərin ətrafa dağılmasına səbəb olub, propan-butan və benzin istehsalında istifadə olunan qaz və qaz-kondensat emalı zavodunu zədələyib. Ukrayna dronlarının bu qədər uzaq məsafəyə uçuşu rəsmi Moskvada ciddi düşünməyə əsas verib. Belə çıxır ki, Ukrayna dronları istənilən vaxt Kremlin başının üstünü belə kəsdirə bilər.
A.Məmmədli