17 Avqust 2025 / 17:01

“Ukrayna ilə bağlı razılaşma olmasa, Rusiya əlavə nəticələrlə üzləşəcək”

Ukrayna böhranının həlli üzrə razılığa gəlmək cəhdləri nəticə verməsə, Rusiya tərəfi “əlavə nəticələrlə” üzləşəcək.

Tezadlar.az xəbər verir ki, bunu “ABC News” telekanalına müsahibəsində ABŞ dövlət katibi Marko Rubio deyib.

Ona ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyalar tətbiq etmək fikrini dəyişib-dəyişmədiyi sualı verilib.

“Mən onun fikrini dəyişdiyini düşünmürəm. Düşünürəm ki, son nəticədə bütün bu səylər nəticə verməsə, o zaman Rusiya əlavə nəticələrlə üzləşməli olacaq”, – o deyib.

“Lakin biz sülh sazişi bağlamaqla bundan qaçmağa çalışırıq. Və bu, asan olmayacaq. Bu, çox iş tələb edəcək”, – Rubio əlavə edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!