26 Mart 2026 / 15:45

Ukrayna İranla müharibə aparan ölkələrlə razılaşma əldə etmək istəyir

Ukrayna İranla müharibə aparan ölkələrlə razılaşma əldə edə bilər.

Tezadlar.az xəbər verir ki, “Bloomberg”-in məlumatına görə, bunu Ukraynanın NATO-dakı missiyasının rəhbəri Olena Getmançuk bildirib.

“İdeal olaraq, Ukrayna ballistik və kruiz raketlərinin ələ keçirilməsində kömək almaq istəyir. Bu, ya raketlərin özü, ya da onları almaq üçün vəsait ola bilər”, – Getmançuk deyib.

Onun sözlərinə görə, Ukrayna müqabilində özünün ələ keçirən dronlarını təmin edə bilər, çünki guya lazım olduğundan iki dəfə çox istehsal edir.

Bir müddət əvvəl Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın Yaxın Şərqdəki bazalarını qorumaq üçün Ukraynaya müraciət etdiyini bildirmişdi. O, həmçinin qeyd edib ki, Ukrayna hava hücumundan müdafiə sistemləri üçün raketlərin təchizatı ilə bağlı Yaxın Şərq ölkələri ilə əməkdaşlıq etmək istəyir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!